Now Reading:
“Salfetə çəkilən xəritədə” Liviyanı 3 yerə bölmək planı
Full Article 50 second read

“Salfetə çəkilən xəritədə” Liviyanı 3 yerə bölmək planı



“The Guardian” qəzetinin xəbərinə görə yüksək səviyyəli bir ABŞ rəsmisi salfetə çəkdiyi xəritəylə Liviyanı Osmanlı imperatorluğu dövründəki üç ayrı bölgənin sərhədlərinə doğru bölməyi təklif edib.

Xəbərdə həmin şəxsin Donald Trampıın yardımçılarından Sebastian Gorka olduğu, onun avropalı bir diplomatla görüşündə salfetə çəkdiyi xəritə ilə ölkəni üç yerə bölməyi təklif etdiyi deyilir.

“Salfet xəritə” planına görə Trablus və Tobruk dənizə sahili olan Trablusgarp və Sirenayka adlı iki ayrı ölkə olur, Çad sərhədinə yaxın Fiza bölgəsində də ayrı bir dövlət qurulması nəzərdə tutulur.
Trampın Liviya üzrə xüsusi nümayəndəsi olmaq üçün cəhd göstərən Gorka “radikal İslam əleyhdarı” kimi tanınır.

Liviyada 2011-ci ildə ABŞ-ın dəstəklədiyi müdaxilə nəticəsində Muammər Qəddafinin devrilməsindən sonra artan qarşıdurmalar hələ davam edir. “The Guardian”a danışan mütəxəssislərə görə, ölkəni üç yerə bölmək planı bölgələr arasında olan neft ehtiyatları səbəbindən sərhəd qarşıdurmalarını xeyli qızışdıracaq.

azadliq.info

24saat.org

Mənbə – azadliq.info

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.