Now Reading:
Sahibkar keçmiş Qazax rayonunun icra başçısı Ayaz Əsgərovdan prezidentə şikayət etdi:” Cənab Prezident!…..”
Full Article 3 minutes read


Teref.info-nun poçtuna keçmiş Qazax rayonunun icra başçısı Ayaz Əsgətovdan şikayət daxil olub.Prezidentə ünvanlanan şikayətin nir üzünü Teref.info -ya göndərən Qazaxlı sahibkar yazır:
Qazaxlı sahibkar icra başçısı Ayaz Əsgərovdan

Prezidentə müraciət etdi

Azərbaycan Respublikaaının Prezidenti cənab
İlham Əliyevə
Qazax rayon Xanlıqlar kənd sakini sahibkar Məmmədov
Qalib Binnət oğlu tərəfindən

Ə R İ Z Ə .

Cənab Prezident!
Mən Qazaxda yaşayıram, uzun müddətdir ki, sahibkarlıqla məşğulam. “Qazax Tikinti – Quraşdırma” ASC-nin sədriyəm. Rayonda əsas etibarı ilə üzlük daşların və istənilən çeşiddə Avropa standartlarına uyğun mebel istehsalı ilə məşğulam. Rəhbərliyim altında 20 nəfərdən çox rayon sakini işləyir. Dövrün tələbinə uyğun olaraq əməkhaqqı ilə təmin olunublar. Çalışırıq ki, istehsal müəssisəmizi daha da genişləndirək, yeni-yeni iş yerləri açaraq xeyli sayda vətəndaşları işlə təmin edək.
Onu da bildirirəm ki, Sizin sahibkarlığa, iş adamlarına yaratdığınız hərtərəfli şərait daim bizi ruhlandırır, iş birliyimizə geniş meydan açır. Adicə, (əslində adi deyil, böyük işdir) sahibkarlarda vergi və digər yoxlamaların müvəqqəti dayandırılması heç bir xarici ölkədə olmayan bir göstərişdir. Bu da bizə tərəfinizdən hərtərəfli şəraitin yaradılması deməkdir. Bundan əlavə, istər nazirlər kabinetinin , istərsə də digər adda keçirilən ən mötəbər iclaslarda icra başçılarına dönə-dönə tapşırırsınız ki, “sahibkarları incitməyin. Onlara hörmətlə yanaşmaq, məhz elə mənə yanaşmaq kimi başa düşülür. Sahibkara hər bir şəraiti yaradın və köməklik göstərin!”.
Biz sahibkarlar da heç vaxt Sizin bizə olan diqqətini unudan deyilik, qarşıdan gələn seçkinizə də uğurla hazırlaşırıq, hamımız Sizin kimi ali bir şəxsiyyəti dəstəkləyir və yüksək səviyyədə səsimizi də verəcəyik.
Hörmətli cənab İlham Əliyev!
Mən uzun illərin sahibkarı kimi sahibkarlar haqqında söylədiklərinizin əksinə gedib, bizi, o cümlədən məni pis günə salan icra başçısından şikayətlənmək istəyirəm.
Vaxtilə Qazax Rayon İcra Hakimiyyətinin başçısı olan, hazırda sərəncamınızla Yardımlıda icra başçısı işləyən Ayaz Əsgərovun mənə düz 50 000 AZN borcu var. Belə ki, Ayaz Əsgərov 2012-ci ildə Sizin Qazaxa gəlişinizlə əlaqədar yanvar ayının 12-dən aprel ayının 18-ə kimi mənim rəhbərlik etdiyim ASC-dən 50 000 AZN dəyərində üzlük daşları apardaraq Qazaxın “Bayraq Meydanı”ndan üzü yuxar Bakı istiqamətində “Dəmir yolu vağzalı”na kimi yol ətrafını üzlətmişdir. Yəni, məndən üzlük daşlar “Tezliklə icra hakimiyyətinin hesabına ödəniləcəkdir” adı altında nisyə daşınmışdır. Daşların seximdən aparılmasında icra başçısı Ayaz Əsgərovun göstərişi ilə, icra hakimiyyəti başçısının müavini Fərman Nağdalıyev (hazırda işdən kənarlaşdırılıb) və icranın sosila-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Tahir Musayevin birbaşa əli ilə olub.
Hələ, Ayaz Əsgərov Qazaxda icra başçısı işləyərkən mən dəfələrlə icraya gedib malımın pulunu tələb etmişəm. Tələsmə, verəcəyik deyə-deyə başımı qatıblar. Sonra Ayaz Əsgərov Yardımlı rayonuna icra başçısı getdi. Mən də qaldım get-gəldə. Hələ də 50 000 manat pulumu ala bilməmişəm. Xeyli ziyan içərisindəyəm. Həmin ziyanlığın nəticəsidir ki, rəhbərlikj etdiyim ASC son illər ziyanlıqla işləyir.
Cənab Prezidentimiz İlham Əliyev!
Olduqca Sizdən xahiş edirəm ki, mənə halalıqla çatacaq 50 000 manat AZN-nin verilməsində yardımçı olasınız. Yəqin ki, bu məsələdə günahkarlar da cəzalandırılsa Allaha da xoş gedər.
Diqqətinizə görə sağ olun.

İmza: (imza var) /Sahibkar Qalib Məmmədov/

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.