Now Reading:
“Şah” qalib gəldi
Full Article 50 second read

Şəhriyar Məmmədyarov rusiyalı Aleksandr Qrişukla qarşılaşıb



Almaniyanın paytaxtı Berlindəki şahmat üzrə İddiaçılar Turniri davam edir. Bu gün XIII turun görüşləri keçirilir.

Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov rusiyalı Aleksandr Qrişukla qarşılaşıb. “Şah” ağ fiqurlarla oynayıb. Partiya təmsilçimizin qələbəsi ilə yekunlaşıb. Gərgin keçən oyunda rusiyalı 39-cu gedişdə təslim olub.

Bu partiyadakı qələbə ilə ikinci pilləyə yüksələn Şəhriyar qalib gəlmək üçün bütün ümidlərini son tura saxlayıb. Son turda Məmmədyarovun rəqibi Vladimir Kramnik olacaq.

İddiaçılar turniri

XIII tur

Şəhriyar Məmmədyarov (2809, Azərbaycan) – Aleksandr Qrişuk (2767, Rusiya) – 1:0

Uesli So (2799, ABŞ) – Sergey Karyakin (2763, Rusiya) – 0.5:0.5

Fabiano Karuana (2784, ABŞ) – Levon Aronyan (2794, Ermənistan) – 1:0

Liren Dinq (2769, Çin) – Vladimir Kramnik (2800, Rusiya)

Turnir cədvəli: Karuana – 8, Məmmədyarov, Karyakin – 7.5 xal; Qrişuk, Dinq – 6,5; Kramnik, So – 5,5; Aronyan – 4.

 

Apasport.az

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: