Now Reading:
Sabahdan prezidentliyə namizədin qeydə alınması üçün seçki sənədləri MSK-ya təqdim edilə bilər
Full Article 40 second read


Sabahdan prezidentliyə namizəd, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi prezidentliyə namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərini Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edə bilərlər.

APA-nın məlumatına görə, Seçki Məcəlləsinə əsasən, prezidentliyə namizəd, siyasi – partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi səsvermə gününə ən çoxu 50 və ən azı 30 gün qalmış saat 18.00-da prezidentliyə namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərini MSK-ya təqdim etməlidir.

Aprelin 11-ə təyin edilmiş növbədənkənar prezident seçkiləri ilə əlaqədar bu müddət fevralın 20-dən martın 12-si saat 18.00-dək olan dövrü əhatə edir.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.