Now Reading:
Sabahdan evlərə istilik veriləcək
Full Article 40 second read

Sabahdan evlərə istilik veriləcək



Noyabrın 15-dən etibarən ölkə ərazisində binalara istilik sisteminin verilməsinə başlanılacaq.

Bu barədə Trend-ə açıqlamasında “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin (ASC) abonentlərə xidmət şöbəsinin müdiri Rafiq Əliyev bildirib.

Şöbə müdiri qeyd edib ki, noyabrın 15-i səhər saatlarından artıq qazanxanalar işə salınacaq: “Səhər saatlarından istilik sisteminin verilməsinə başlanılacaq. Yaxın 2-3 gün ərzində bütün binalar istiliklə təchiz ediləcək. Artıq sistemin xətləri yoxlanılıb, nasazlıqlar tam aradan qaldırılıb və xətlər hazır vəziyyətə gətirilib”.

R.Əliyev bildirib ki, yaxın iki gün ərzində xətlərdə suyun təzyiqi nizamlanacaq, istilik dərəcəsi normallaşdırılandan sonra binalar istiliklə təmin olunacaq.

Şöbə müdiri bildirib ki, Bakı və Abşeron yarımadası ilə yanaşı, 43 rayonda istilik qazanxanaları var və həmin qazanxanalar da noyabrın 15-dən işə salınacaq.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: