Now Reading:
Sabaha olan hava proqnozu
Full Article 40 second read


Bakıda və Abşeron yarımadasında fevralın 8-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 3-5, gündüz 7-10, Bakıda gecə 3-5, gündüz 8-10 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 772 mm civə sütunu, nisbi rütubət 70-80 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında fevralın 8-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi dağlıq ərazilərdə az yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 0-5, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 4-9 dərəcə isti olacağı gözlənilir.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.