Now Reading:
Sabah yaz havası gözlənilir
Full Article 50 second read


Azərbaycanda istirahət günü müşahidə olunacaq hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, fevralın 4-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, yağmursuz keçəcəyi gözlənilir.

Bəzi yerlərdə zəif duman olacaq. Cənub küləyi əsəcək, gündüz arabir güclənəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 2-4, gündüz 8-13, Bakıda gecə 2-4, gündüz 10-12 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 769 mm civə sütunundan 764 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında sabah hava şəraitinin yağmursuz keçəcəyi, bəzi yerlərdə duman olacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 7-12 dərəcə isti olacağı gözlənilir.

ETSN xəbərdarlıq edir ki, fevralın 4-dən 7-dək bəzi rayonlarda arabir güclənən qərb küləyi əsəcək.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.