Now Reading:
Sabah bu ərazilərdə qaz olmayacaq
Full Article 40 second read

Sabah bu ərazilərdə qaz olmayacaq



Abşeron rayonu ərazisində diametri 530 mm-lik yeraltı orta təzyiqli qaz kəmərində aşkar olunmuş qaz sızmasının ləğvi ilə əlaqədar oktyabrın 28-də saat 20:00-dan işlər yekunlaşanadək təmir işləri aparılacaq.

Təmir müddətində Xırdalan şəhəri, Qobu, Güzdək, Aşağı Güzdək, Atyalı, Nubar və Hökməli qəsəbələrinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq. Aparılan işlərin Binəqədi rayonu Çiçək yaşayış massivinin qaz təchizatına təsir göstərməsi mümkündür.

Abonentlərin nəzərinə çatdırılır ki, görüləcək təmir-bərpa işləri gecə saatlarında bitəcəyi tədqirdə texniki təhlükəsizlik qaydaları nəzərə alınaraq, təbii qazın verilişi ertəsi gün səhər saatlarında bərpa ediləcək.

“Azəriqaz” İstehsalat Birliyi yaranmış məhdudiyyətlə bağlı abonentlərdən üzr istəyir və bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət olunmasını xahiş edir.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.