Now Reading:
Sabah bu ərazilərdə qaz olmayacaq
Full Article 40 second read

Sabah Bakının bir neçə hissəsində təbii qazın verilişində fasilələr olacaq.

 
24SAAT.org
Facebook Qrupu · 1.976 üzv
Qrupa üzv ol
Qrupumuza üzv olun və ən son paylaşımlardan dərhal xəbər tutun!
 

“Azəriqaz” İB-dən 24saat.org-a verilən məumata görə, görülən işlərin Ziya Bünyadov prospektində diametri 530 mm-lik qaz xəttində aşkar olunmuş qaz sızmalarının ləğvi və Təbriz küçəsində diametri 315mm-lik yeni çəkilmiş polietilen qaz xəttinin mövcud şəbəkəyə qoşulması ilə əlaqədar 23 may 2018-ci il tarixdə saat 09:00-dan təmir işləri tamamlananadək Nərimanov rayonunun bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Binəqədi rayonu Dərnəgül qəsəbəsi, 31/26-cı məhəllə, eləcə də, 7 və 8-ci mikrorayonların bir hissəsinin qaz təchizatına təsir göstərməsi mümkündür.

Aparılan təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək.

Yaranacaq məhdudiyyətlə bağlı “Azəriqaz” İstehsalat Birliyi bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.