Now Reading:
Saakaşvili Ukraynada qalmaq niyyətindədir
Full Article 30 second read


Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvili Ukrayna hakimiyyətinin ondan xilas olmaq üçün bütün vasitələrə əl atdığını deyib.
az24saat.org Ukrayna KİV-nə istinadən xəbər verir ki, gürcü siyasətçi bunun üçün rəsmi Kiyevin ona Hollandiya yaxud Maldivə təyyarə bileti almağa belə hazır olduğunu vurğulayıb.

“Baş prokuror Lutsenko dünən məni həbs edəcəklərini amma başqa ölkəyə getmək şansımın da olduğunu demişdi. Mənə ölkədən getməyəcəyim təqdirdə Gürcüstana ekstradisiya olunacağımla bağlı da xəbərdarlıq edilib. Siz hardasa belə bir hüquqi presedent görmüsünüz?”.

Saakaşvili bütün hüquqi vasitələrlə Ukraynada qalacağını və siyasi mübarizəsini davam etdirəcəyini xatırladıb.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.