Now Reading:
Saakaşvili Polşaya sürgün edildi
Full Article 30 second read


Ukraynanın Dövlətlət sərhəd xidməti Gürcüstanın keçmiş prezidenti və Odessa vilayətinin eks-qubernatoru Mixeil Saakaşvilinin Polşaya keçirildiyini təsdiqləyib.

Bu məlumatı RİA Novosti DSX rəhbərinin müşaviri Oleq Slobodyana istinadən xəbər yayıb.

Bundan bir neçə saat əvvəl isə Ukrayna Ali Radasının deputatı Yuri Derevyanko məlumat yayıb ki, Saaakaşvili Kiyevdə “Suluquni” restoranında saxlanılıb. Onun vəkili Pavel Boqomazov bildirib ki, Saakaşvilini DSX əməkdaşları saxlayıb.

Saakaşvili 2017-ci ilin yayında Polşadan Ukraynaya gəlib. Ona iki gün əvvəl gəldiyi ölkəyə geri qaytarılacağı haqqında rəsmi xəbərdarlıq edilib.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.