Now Reading:
Saakashvili: Poroshenko-nun vaxtına çox qalmayıb
Full Article 40 second read


Müxalifət lideri Mikheil Saakashvili Ukrayna rəhbərliyi ilə mübarizəsini davam etdirəcəyini deyib. O, fevralın 12-də Kiyevdə ələ keçirilərək Polşaya deportasiya olunub. Saakashvili buna görə prezident Petro Poroshenko-nu ittiham edir.

“Məncə, Poroshenko-nun çox vaxtı qalmayıb”, – Saakashvili AzadlıqRadiosu ilə Amerikanın Səsi-nin birgə layihəsi olan “Current Time” televiziyasına deyib.

“Onu mütləq məğlub edəcəyəm, Ukrayna xalqının dinc müqavimətiylə ona qalib gələcəyik”, – Saakashvili fevralın 13-də Varşavadan müsahibəsində söyləyib.

“HƏBSXANAYA GEDƏCƏKLƏR”

“Fevralın 18-də Ukraynada müxalifətin birgə böyük etirazı olacaq. Bu, nə birinci, nə də axırıncı etiraz olacaq. Etirazların sayı tədricən artacaq. Sonucda təslim olaraq hakimiyyətdən getməli olacaqlar. Ya biz onları əzəcəyik, ya da onlar bizi”, – Saakashvili vurğulayıb.

Daha öncə Polşa paytaxtında keçirdiyi mətbuat konfransında Saakashvili “Poroshenko-nun və Ukraynanın baş prokuroru Yuriy Lutsenko-nun boynunu qırmağ”ı vəd edib.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.