Now Reading:
Şəxsiyyət vəsiqələrini istənilən “ASAN xidmət”də dəyişdirə biləcəyik
Full Article 30 second read

Şəxsiyyət vəsiqələrini istənilən “ASAN xidmət”də dəyişdirə biləcəyik



Azərbaycan vətəndaşları qeydiyyat yerindən asılı olmayaraq istənilən “ASAN xidmət” mərkəzində şəxsiyyət vəsiqələrini dəyişdirə biləcəklər.

 

Bu barədə “ASAN xidmət”dən bildiriblər.

 

Qeyd olunub ki, bu imkan Mingəçevir şəhərində növbəti “ASAN xidmət” mərkəzinin açlışından sonra planlaşdırılıb:

 

“Məlum olduğu kimi, ötən gün Mingəçevir şəhərində yeni “ASAN xidmət” mərkəzinin açılışı oldu. Mərkəz tam fəaliyyətə başlayandan sonra bu barədə elan edəcəyik. Bu xidmət ilk növbədə rayonlarda yaşayan vətəndaşlarımız üçün aktualdır. Hazırda biz bu məsələ üzərində işləyirik”.

24saat.org

Mənbə – azadliq.info

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.