Now Reading:
Şəmsəddin Hacıyev Ziya Məmmədova görə hədəfə gəlib?
Full Article 2 minutes read

Şəmsəddin Hacıyev Ziya Məmmədova görə hədəfə gəlib?

 
24SAAT.org
Facebook Qrupu · 1.976 üzv
Qrupa üzv ol
Qrupumuza üzv olun və ən son paylaşımlardan dərhal xəbər tutun!
 

Azərbaycan İqtisad Universitetinin sabiq rektoru,YAP-çı deputat Şəmsəddin Hacıyevə həbs təhlükəsi yaranıb.

Buna səbəb Azərbaycan İqtisad Universitetində Şəmsəddin Hacıyevin rektor olduğu dövrü əhatə edən yoxlamalar zamanı maliyyə maxinasiyalarının üzə çıxarılmasıdır. Yoxlamaların nəticələri Baş Prokurorluğa göndərilib və faktla Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində cinayət işi başlanıb. Bu barədə rəsmi məlumat da yayılıb. Şəmsəddin Hacıyev isə baş verənlərə münasibət bildirərək sözügedən cinayət işinin onunla heç bir bağlılığı olmadığnı deyib. “Ümumiyyətlə, sözügedən məsələ ilə bağlı Baş Prokurorluqda dindirilmisinizmi”, sualına cavab olaraq Ş.Hacıyev belə cavab verib:”Mən bu məsələ ilə bağlı heç bir yerə dəvət olunmamışam və niyə də dəvət olunmalıyam ki? Hazırda YAP-ın təsis olunmasının 25 illiyi ilə məşğulam”, – deyə sabiq rektor bildirib.

Lakin onun bu açıqlamasından sonra məlum olub ki, sabiq rektor Baş prokurorluğa dindirilmək üçün çağırılıb. Bu isə, Şəmsəddin Hacıyevin də həbs edilə biləcəyi barədə mülahizələri gücləndirir.

Qeyd edək ki, sabiq rektorun Korrupsiyaya Qarşı Mübarizə idarəsinə dəvət olunması barədə məlumatı “Yeni Müsavat” qəzeti yayıb. Bildirilir ki, Şəmsəddin Hacıyevin idarəyə dəvət olunması qeyri-rəsmi olub. Sabiq rektorla nə danışıldığı hələlik bəlli deyil.

Həmçinin qeyd edilir ki, Azərbaycan Dövlət İqtisad Universitetində aşkar olunan yeyintilərlə bağlı cinayət işi prezidentin də nəzarətindədir. Bu da məsələnin kifayət qədər ciddi olduğunu göstərir.

24saat.org xəbər verir ki, baş verənlərlə bağlı versiyalardan biri də Şəmsəddin Hacıyevin keçmiş nəqliyyat naziri Ziya Məmmədova görə hədəfə gəlməsi barədədir. Bu ehtimalı irəli sürənlər Şəmsəddin Hacıyevin Ziya Məmmədovla həmyerli olması faktını önə çəkirlər. Hətta iddia olunur ki, sabiq rektorun yüksəlişində Ziya Məmmədovun da rolu olub.

24saat.org

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.