Now Reading:
Səməd Seyidov AŞPA-da sanksiya qoyulması ilə bağlı mətbuat konfransı keçirir
Full Article 50 second read


“Bu, Azərbaycanı istəməyən qüvvələrin dəyirmanına su tökməkdir”.

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov AŞPA-nın bəzi üzvlərə sanksiya tətbiq edilməsi məsələsi ilə bağlı mətbuat konfransı keçirir.

S.Seyidov deyib ki, Azərbaycan AŞPA-nın strukturları ilə konstruktiv əməkdaşlıq edir.

O qeyd edib ki, bu qurumda Azərbaycana qarşı ikili standartlar da var: “Biz bunun dəfələrlə şahidi olmuşuq. Elan olunan qərar ikili standartların tərkib hissəsidir. Bunun heç əsası yoxdur, bu, Azərbaycanı istəməyən qüvvələrin dəyirmanına su tökməkdir”.

Qeyd edək ki, daha əvvəl AŞPA deputatlar Səməd Seyidov, Sezar Florin Preda və Jordi Xukla Kostaya iki il müddətinə sanksiya tətbiq edilməsinə dair qərar qəbul edib.

Onlar səsvermə hüququna malik olan Assambleya üzvləri olaraq qalacaqlar, sadəcə, bu müddətdə məruzəçi və seçki müşahidəçisi ola, AŞPA-nın komitələrinin və ya alt komitələrinin hər hansı birinin sədri və ya sədr müavini seçilə, AŞPA sədrinin vəzifəsinə namizəd ola bilməzlər.

Report

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: