Now Reading:
Şəkidə meşə yanğını başlayıb
Full Article 30 second read


Böyük Qafqaz sıra dağlarının cənub ətəyində yanğın başlayıb.

APA-nın verdiyi məlumata görə, yanğın bu gün saat 13.20 radələrində Şəkinin Kiş kəndi ərazisində, yüksək dağıq ərazidə meydana gəlib.

Yanğınının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin şəxsi heyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Şəki rayon Meşələrin Mühafizəsi və Bərpası Müəssisəsinin əməkdaşları və yerli sakinlər cəlb edilib.

Yanğın hazırda 1,5 hektar ərazini əhatə edir.

Yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.