Now Reading:
Şəhid ailələri üçün pulsuz taksi
Full Article 40 second read


Bəzən ehtiyacı olan kimsələrə yardım edə bilmir və bunun üçün maddi vəsaitin olmadığını əsas gətiririk. Əslində isə yaxşı iş görmək üçün sadəcə istək kifayətdir. Sadə taksi sürücüsü də xeyirxah əməllər etmək üçün maddiyyatdan daha çox niyyətin önəmli olduğunu ARB TV tamaşaçılarına bir daha xatırladıb.

ARB Şəki xəbər verir ki, 64 yaşlı Balakən sakini İlham Paçalov 45 ildir sürücülük edir.

Deyir ki, bu illər ərzində bircə dəfə də qayda pozuntusuna yol verməyib. Hərbi xidmətdə olarkən zədə alaraq, ikinci qrup əlil olan İ. Paçalov taksi kimi istifadə etdiyi şəxsi avtomobilində Şəhid ailələrinə pulsuz xidmət göstərir. Onun bu xeyirxah əməlini alqışlayan insanlarla yanaşı, tənqid edənlər də var.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.