Now Reading:
Ruslar öz yoldaşlarını satmır: Putin də… – Kuznetsov
Full Article 40 second read

Ruslar öz yoldaşlarını satmır: Putin də… – Kuznetsov

 
24SAAT.org
Facebook Qrupu · 1.976 üzv
Qrupa üzv ol
Qrupumuza üzv olun və ən son paylaşımlardan dərhal xəbər tutun!
 

Ruslar öz yoldaşlarını müharibə vaxtı qoyub qaçmırlar.

Bu sözləri rusiyalı analitik Oleq Kuznetsov Axar.az-a açıqlamasında deyib.

Politoloq Rusiya Prezidenti Vladimir Putinin heç vaxt Əsədi devirmək qərarına gəlməyəcəyini açıqlayıb:

“Sözün düzü, belə bir perspektivin olacağını düşünmürəm. Bəşər Əsədin heç vaxt onu satmayan ciddi hökumət ordusu var. Halbuki bu ötən 6 il ərzində xeyli belə imkan yaranmışdı. Əsədin Qəzzafidən fərqli olaraq, dünya arenasında güclü müttəfiqləri var – Rusiya, İran, xüsusilə də Türkiyə. Qəzzafi bütün qonşuları ilə dalaşıb münasibətləri korlamışdı.

Əsədin kifayət qədər adamları və silahı var. O, hələ bir neçə il də döyüşə bilər. Bu neçə il ərzində isə dünyada gedən proseslərin köklü şəkildə dəyişməsi mümkündür”.

O.Kuznetsov bildirib ki, Putin heç vaxt Əsədi satmayacaq:

“Çünki Əsəd rejimi Rusiyanın dünyada öz təsirini genişləndirməsi üçün əlverişlidir”.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.