Now Reading:
Rusiyanın Ermənistandakı bazasında kimyəvi kəşfiyyat maşınları sınaqdan keçirilir
Full Article 30 second read

Rusiyanın Ermənistandakı bazasında kimyəvi kəşfiyyat maşınları sınaqdan keçirilir



Rusiyanın Ermənistandakı hərbi bazasının Kamhud poliqonunda radiasiya, kimyəvi, bioloji müdafiə qoşunları ilə altıncı nəsil kimyəvi kəşfiyyat maşınlarının (KKM-6) tətbiqi üzrə təlimlər başlayıb.

Oxu.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilmiş məlumatda deyilir.

Təlimlər bir həftə ərzində yüksək dağlıq ərazidə (dəniz səviyyəsindən təxminən 1,5 km hündürlükdə) keçiriləcək.

Prosesə cari ilin aprel ayında Cənub hərbi dairənin təlim mərkəzində xüsusi hazırlıq keçən təcrübəli təlimatçılar rəhbərlik edəcəklər.

Müasir KKM-6 maşınları Rusiyanın Ermənistandakı hərbi bazasının silahlanmasına 2016-cı ilin əvvəlində daxil olub.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.