Now Reading:
Rusiyanı casusun zəhərlənməsiylə bağlı “hər şeyi açıqlamağa” çağırırlar
Full Article 30 second read

Sənaye ölkələrinin yığışdığı Böyük Yeddiliyin (G7) xarici işlər nazirləri Rusiyanı çağırır ki, ötən ay Britaniyada rusiyalı keçmiş casus və qızının zəhərlənməsiylə bağlı “tam və hərtərəfli informasiya” versin.



 

G7 nazirləri aprelin 16-da yaydığı bəyanatda bildirir ki, Britaniyanın dəyərləndirməsiylə razıdır. Britaniya Sergei Skripal və qızı Yulia-nın sinir qazıyla zəhərlənməsinə görə Rusiyanı məsul tutur. Zəhərlənmə zamanı sovet istehsalı olan Novichok adlı qazdan istifadə olunduğu bildirilir.

Rusiya zəhərlənmədə əli olmadığını bildirir.

“ALTERNATİV İZAH YOXDUR”

Kimyəvi Silahların Qadağan Olunması Təşkilatı (OPCW) aprelin 12-də bildirib ki, Britaniyanın qazın tipiylə bağlı tapıntılarıyla razılaşır.

OPCW açıqladığı bəyanatda maddənin adını çəkməyib.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: