Now Reading:
Rusiyalı bloqqer Kemerovo aeroportunda döyüldüyünü deyir
Full Article 1 minutes read


Rusiyada müxalifətdə olan bloqqer Mikhail Svetov deyir ki, Sibirin Kemerovo aeroportuna çatan kimi döyülüb və geriyə – Moskvaya qaytarılıb. Ötən ay Kemerovoda ticarət mərkəzində yanğında azı 64 nəfər həlak olub, onlardan 41-nin uşaq olduğu bildirilir.

Aprelin 1-də Facebook səhifəsində yerləşdirdiyi videoda Svetov deyib ki, təxminən 15 nəfər mülki geyimli şəxs onu aeroport əməkdaşları üçün nəzərdə tutulmuş əraziyə aparıb, onun sənədlərini və mobil telefonunu əlindən alıblar.

“Köynəyimi cırdılar, məni döydülər”, – deyən Svetov cırılmış köynəyini göstərib. O, 40 dəqiqə ərzində saxlandığını, növbəti reysə mindirilib Moskvaya qaytarıldığını bildirib.

Svetov-un deməsinə görə, hücum edənlər özlərini “kömür mədənçiləri kimi təqdim ediblər, aeroport əməkdaşlarıyla tam koordinasiyalı hərəkət etdiklərini deyiblər”.

Svetov martın 29-da Facebook-da elan edib ki, aprelin 1-də Kemerovoya gedəcək, “niyə hökumətə inanmamalı olduğunuza dair” dərs keçəcək.

Son günlər sosial mediada yerləşdirdiyi postlarda Svetov martın 25-də “Zimnyaya Vishnya” (Qış albalısı) ticarət mərkəzində baş vermiş yanğına görə Kemerovo hakimiyyətini suçlayıb. Bir çox şahidlərin deməsinə görə, yanğın çıxışları bağlanıb, yanğın təhlükəsizliyi qurğuları işləməyib deyə itki sayı yüksək olub.

Bloqqer kiçik müxalifət qrupu olan Rusiya Libertarian Partiyasının üzvüdür.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: