Now Reading:
Rusiyada iqtidar partiyası seçkilər öncəsi şəksiz liderdir – SORĞU
Full Article 30 second read

Rusiyada iqtidar partiyası seçkilər öncəsi şəksiz liderdir – SORĞU



Rusiya Dövlət Dumasına seçkilər ərəfəsində Ümumrusiya İcitimai Rəyin Öyrənilməsi Mərkəzinin keçirdiyi sorğunun nəticələri açıqlanıb. Sorğuda 3200 nəfər iştirak edib.

Virtualaz.org Mərkəzin rəsmi saytına istinadən xəbər verir ki, rəyi soruşulanların 41%-i iqtidar partiyası olan “Vahid Rusiya”ya səs verəcəklərini bildiriblər. Məlumatda deyilir ki, bu həmin partiyanın prezident Vladimir Putinin göstərişlərini yerinə yetirəcəyi ilə bağlıdır.

Digər partiyalar xeyli geridə qalırlar. Belə ki, ikinci yerdə bərqərar olmuş Liberal-Demokrat Partiyasına sorğuda iştirak edənlərin 12%-i səs verəcəyini bildirib.

Sonrakı yeri Kommunist Partiyası tutub – 7 faizdən bir qədər artıq.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.