Now Reading:
Rusiyada azərbaycanlı “killer” məhkəmə qarşısına çıxarılır
Full Article 40 second read


Rusiyanın Ulyanovsk vilayətində öz ərinin qətlini sifariş vermiş qadın və azərbaycanlı qatilin işi ilə bağlı məhkəmə prosesi başlayır.

Bu barədə “Екатеринбург в эфире” məlumat yayıb.

“8 oktyabr 2014-cü ildə Dimitrovqradın Svirsk küçəsində kişi meyiti tapılıb. Həmin şəxsi Azərbaycandan olan qatil qətlə yetirib, sifarişi isə öz həyat yoldaşı verib. Qatilə buna görə 500 min rubl ödəyib. İş üzrə materiallar məhkəməyə göndərilib”, – deyə məlumatda qeyd olunur.

Məlumata görə, cinayətkar hadisəni törədən zaman lüləsi kəsilmiş ov tüfəngindən istifadə edib. Qətli törətdikdən çox keçməmiş polis tərəfindən saxlanılıb. Öz ərinin qətlini sifariş vermiş qadının cinayət əməlləri bir neçə maddə üzrə tövsif olunur, – deyə Ulyanovsk vilayəti prokurorluğunun mətbuat xidməti bildirib.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.