Now Reading:
Rusiya xüsusi təyinatlıları Ermənistanda təlim keçirir
Full Article 30 second read

Rusiya xüsusi təyinatlıları Ermənistanda təlim keçirir



Rusiyanın Cənub hərbi birləşməsinin Emrənistan ərazisində yerləşən hərbi bazasının kəşfiyyatçıları təlim keçirir.

Ölkə.az-ın “Sputnik” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə birləşmənin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

Təlimlərdə “Mi-24P” və “Mi-8MT” tipli helikopterlərdən istifadə olunub.

“Təlim çərçivəsində hərbçilər yüksək dağlıq ərazilərdə helikopterlərdə davranış qaydalarını mənimsəyir. Bununla yanaşı, xüsusi təyinatlılar döyüş hazırlığına dair digər məsələlər üzərində də işləyir”, – deyə məlumatda bildirilir.

Təlimlər “Kamxud” və “Alagəz” poliqonlarında həyata keçirilir.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: