Now Reading:
Rusiya Suriya konfransını Suriya müxalifəti olmadan keçirir
Full Article 2 minutes read


Suriya hökumətinə qarşı çıxan əsas müxalifətin boykotuna baxmayaraq Rusiyanın cənubundakı Soçi şəhərinə burada keçirilən ikigünlük konfransda iştirak edən nümayəndələr toplaşıb. Bu konfransda Suriyada yeddi ildir ki, davam edən vətəndaş müharibəsinə son qoymağın yolları müzakirə olunacaq.

Suriya prezidenti Assadın müttəfiqi olan Moskva 29-30 yanvarda keçirilən bu konfransa 1600-dək iştirakçı toplayıb. Bunların arasında hakim BƏƏS və ya Ərəb Sosialist Dirçəlişi Partiyasının və hökumətə yaxın başqa təşkilatların nümayəndələri də var.Konfransın rəsmi məqsədi Suriyanın yeni konstitusiyasının yazılması üçün mexanizmin müzakirə olunmasıdır.

Əsas müxalifət qrupu olan Suriya Danışıqlar Komissiyası və Suriya kürdlərini təmsil edən qruoplar bu konfransa qatılmayacaqlarını bəyan ediblər. Birləşmiş Ştatlar da konsfransda iştirak etməyəcək.

ABŞ-ın Moskvadakı səfirliyinin sözçüsü Maria Olson bu barədə deyib: “Biz bilirik ki, Suriya Danışıqlar Komissiyası bu konfransda iştirak etməyəcəyini bildirib və biz bu qərara hörmət edirik. Bizim kollektiv diqqətimiz Cenevrədə BMT-nin başçılığı altında aparılan prosesə yönəlməlidir”.

Fransanın Xarici İşlər Nazirliyi yanvarın 29-da Soçi tədbirində iştirak etməyəcəyini bildirib və bəyan edib ki, Suriyaya dair bütün təşəbbüslər “BMT prosesini dəstəkləməli və onun çərçivəsində olmalıdır”.

Kremlin sözçüsü Dmitri Peskov yanvarın 29-da deyib ki, müxalifətin boykotu konfrans üçün ciddi maneə yaratmır.

Peskov bildirib ki, bəzi qrupların konfransın işində iştirak etməməsi bu tədbirin mühümlüyünə ciddi xələl gətirə bilməz.

Buna baxmayaraq BMT-nin Suriya münaqişəsi üzrə xüsusi nümayəndəsi Staffan de Misturanın Soçi konfransında iştirakı gözlənilirdi.

Bu konfrans Astana prossesi adlanan təşəbbüsün egidası altında keçirilir. Astana prosesinin əsas tərəfləri Rusiya, İran və Türkiyədir.

İndiyə qədər Suriya müxalifəti və Qərb ölkələri Astana prosesindən məqsədin BMT-nin Cenevrə danışıqlarını əvəzləmək ola biləcəyinə dair xəbərdarlıq edirdilər.

Cenevrə prosesi prezident Assad-ın istefasını nəzərdə tutduğuna görə dalana dirənib.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.