Now Reading:
Rusiya ABŞ və Avropaya qarşı sanksiyalar hazırlayır
Full Article 2 minutes read

Rusiyalı deputatların bir qrupu ABŞ-ın son sanksiyalarına cavab olaraq yeni qanun layihəsi hazırlayıblar. Bunu Dövlət Dumasının spiker müavini deyir.



İvan Melnikov aprelin 13-də jurnalistlərə bildirib ki, qanun layihəsi Birləşmiş Ştatlardan və müttəfiqlərindən Rusiyaya mal və xidmətlərin idxalını, iqtisadi əlaqələri məhdudlaşdıracaq.

AMERİKA MƏHSULLARINI İCAZƏSİZ HAZIRLAMAQ

Qanun layihəsi gələn həftə parlamentin aşağı palatasında müzakirəyə çıxarılacaq.

Melnikov deyib ki, qanun layihəsində ABŞ istehsalı olan kompüter proqramlarının, dərmanların, tütün və alkoqolun idxalının da məhdudlaşdırılması təklif olunur.

Birləşmiş Ştatlarla nüvə enerjisi, raket mühərrikləri, təyyarə istehsalı sahələrində əməkdaşlığın da qadağan olunması təklif edilir.

Layihə ABŞ şirkətlərinin Rusiyada özəlləşdirmə sazişlərində iştirakını yasaqlamağı nəzərdə tutur.

Qanun layihəsində ABŞ və digər xarici ölkə vətəndaşlarının Rusiyada işləməsinə qadağa nəzərdə tutulur. Interfax sənədin mətninə istinadla yazır ki, deputatlar Amerikanın bəzi məhsullarının müəlliflərin icazəsi olmadan ölkədə istehsalını təklif edib. Ancaq söhbətin hansı məhsullardan getdiyi dəqiqləşdirilmir.

Təhlilçilərin fikrincə, Kreml bəzən parlamentdən istifadə edərək xarici ölkələrə güclü mesaj göndərir, amma bu heç də həmişə konkret hərəkətlə sonuclanmır.

12,5 MİLYARD DOLLARLIQ İDXAL

2017-ci ildə Rusiya Birləşmiş Ştatlardan 12,5 milyard dollarlıq məhsul idxal edib. Buraya təyyarə istehsalı, maşınqayırma, dərman preparatları və kimyəvi məhsullar daxildir.

Sovet ittifaqının dağılmasından sonra Ford və Coca-Cola kimi ABŞ şirkətləri Rusiyada yerli istehsala milyardlarla dollar yatırıblar.

Birləşmiş Ştatlar aprelin 6-da Rusiya prezidenti Vladimir Putinə yaxınlığıyla seçilən bir sıra təhlükəsizlik rəsmilərinə, siyasətçilərə və maqnatlara sanksiyalar qoyub. Rusiya bu addımları “qəbuledilməz” adlandırıb, cavab hüququnu saxladığını bildirib.

Aprelin 9-da – bir gün ərzində Rusiya səhm bazarının dəyəri 2 trilyon 700 milyard rubl, yaxud 7 faiz azalıb. Hakimiyyət sanksiya siyahısına düşmüş şirkətlərə dəstək veriləcəyini deyib.

2014-cü ildə Ukrayna münaqişəsinə görə qoyulan beynəlxalq sanksiyalardan sonra Rusiya qərb ölkələrindən bir sıra ərzaq məhsullarının idxalını qadağan edib.

AzadlıqRadiosu

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: