Now Reading:
Rusiya ən yeni silahlarını göstərdi – FOTOLAR
Full Article 50 second read

Bu gün Moskvada İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin 73-cü ildönümü münasibətilə hərbi parad keçirilib.



Paradda Rusiya prezidenti Vladimir Putin, İsrailin baş naziri Benyamin Netanyahu, Serbiya prezidenti Aleksandr Vuçiç, dövlət və hökumət rəsmiləri iştirak ediblər. Parada ümumilikdə 13 min insan qatılıb.

Təntənəli marşdan sonra hərbi texnikaların paradı olub.

“Paradda ilk dəfə olaraq ən müasir silahlar nümayiş etdirilib. Belə ki, “Terminator” atəş dəstəkli döyüş maşınları, “Uran-6” robottexnika kompleksləri, “Uran-9” çoxfunksiyalı döyüş kompleksi, pilotsuz uçuş aparatları olan “Katran” və “Korsar” nümayiş olunub”- bunu Rusiyanın Müdafiə Nazirliyi bəyan edib.

Bundan başqa “Smerç” reaktiv yaylım atəşi sistemləri, “Tayfun-K”, “Patrul” zirehli avtomobilləri, “Tor-M2” zenit-raket kompleksi, nümayiş etdirilib.

 

Quru qoşunların “T-90”, “Armata” tankları, “Kurqanets-25” BMP, “Rakuşka”  zirehli transportyoru, “Kolasiya CV” özüyeriyen haubitsalar, piyadaların döyüş maşınları, operativ-taktiki “İsgəndər-M” raketləri, , “Buk-M2″, “Pantsir-S”, S-400 “Triumf” hava hücumundan müdafiə sistemləri, “Topol-M” və “Yars” qitələrarası ballistik raketləri göstəriliib.

Paradda həmçinin “Kinjal” hipersəsli raket kompleksləri də nümayiş olunub.

Modern.az

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.