Now Reading:
Rus trolu öz işi haqqında Vaşinqton Posta danışıb
Full Article 3 minutes read


“Mən özümü orada Corc Orvelin 1984 əsərindəki kimi hiss edirdim. Orada ağa qara, qaraya isə ağ deməli idim.”

Bunu The Washington Post qəzetinə Sankt Peterburq yaxınlığındakı qəsəbədə yaşayan 43 yaşlı Marat Mindiyarov deyib. O, bir müddət ABŞ Ədliyyə Nazirliyinin cümə günü təqsirləndirdiyi İnternet Araşdırma Agentliyində Rusiya hökumətinin muzdlu trolu qismində işləyib. Mindiyarov həmin yerdə 2014-cü ilin noyabrından 2015-ci ilin fevralınadək işləyib. Onun sözlərinə görə, dörd mərtəbəli binada trol olaraq 300-400 nəfər işləyirdi və onların işi sosial mediada xəbərlərə şərh yazmaqdan ibarət idi. O gördüyü işin müqabilində 700 dollar maaş alırdı.

Heç kəs məndən fikrimi soruşmurdu. Mənim fikirlərim artıq öncədən hazırlanmışdı. Mən isə sadəcə məndən tələb olunanı öz sözlərimlə ifadə etməli idim.
Marat Mindiyarov
“Heç kəs məndən fikrimi soruşmurdu. Mənim fikirlərim artıq öncədən hazırlanmışdı. Mən isə sadəcə məndən tələb olunanı öz sözlərimlə ifadə etməli idim,” Mindiyarov deyir.

Mindiyarov orada işlədiyi zaman Avropa İttifaqı və ABŞ Rusiyanın Ukraynaya müdaxiləsinə cavab olaraq, Rusiyaya sanksiyalar tətbiq etmiş və nəticədə rublun dəyəri düşmüşdü. Mindiyarov deyir ki, həmin zaman onlar bunun tam tərsini yazmalı idilər. “Mən əksini yazırdım: həyatımızın nə qədər gözəl olduğunu, rublun dəyərinin artdığını, sanksiyaların bizi gücləndirdiyini və buna bənzər başqa cəfəngiyyatlar…”

HOLD FOR RUSSIA HACKING STORY In this photo made on Friday, Sept. 29, 2017 the Kremlin is seen in Moscow, Russia. (AP Photo/Ivan Sekretarev)


“Orada elə bir hiss yaranırdı ki, sanki yalanları istehsalat konveyerinə çevirən fabrikdə idin,” Mindiyarov baş verənləri nəql edir.

İş vaxtı səhər saat 9-dan axşam saat 9-a kimidir və hər kəs vaxtında işə gəlməlidir. Trollar müvafiq qaydalara uyğun olaraq yazmalıdır. Belə ki, onlar hər gün 200 hərfdən ibarət ümumi 135 şərh yazır. Hər xəbər üzərində üç trol işləyir. Biri mənfi rəy yazır, digər ikisi ona qarşı arqument irəli sürür və beləcə onlar real insanlar kimi fikir mübadiləsi apardıqlarını göstərməyə çalışlar.

“Hər gün gəlib bütün günü pərdələri bağlı, 20 kompyuterli otaqda keçirirdik. Bütün bina boyu buna bənzər çox sayda otaq var. Ora konveyer kimi idi. Hər kəs məşğul idi, nəsə yazırdı,” o deyir.

Orada elə bir hiss yaranırdı ki, sanki yalanları istehsalat konveyerinə çevirən fabrikdə idin.
Marat Mindiyarov
Mindiyarov qurumda Amerika seçkilərini hədəf alan “Facebook Departamenti” adlı xüsusi şöbənin olduğunu deyir. O özü də həmin şöbəyə müraciət etsə də, testdən keçə bilməyib. Test çərçvəsində o, ingilis dili imtahanı və Hillari Klinton haqqında inşa yazmalı olub. Həmin şöbədə işləyənlər ingilis dilini mükəmməl bilməli idi, çünki onlar Amerikanın siyasi müzakirələrində iştirak edə bilməli idi və heç kəs onların xarici olduğundan şübhələnməməli idi.

Mindiyarov Facebook Departamentində normal, adi hətta müasir insanların çalışdığını deyir. “Onlar müasir, hipster görünüşlü, gənclər idi. Onlar dəbdə olan geyimlər geyinib, saç düzümü edirdi və müasir cihazlardan istifadə edirdi. Onlar o dərəcədə modern idilər ki, onların belə bir işlə məşğul olduqlarını heç düşünməzdin,” o söyləyir.

Mindiyarov mənəvi səbəblərdən qısa müddət sonra həmin işdən ayrıldığını və orada işlədiyinə görə utandığını bildirib.

Bastainfo.com

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.