Now Reading:
Rus siyasətçi Türkiyəyə xəbərdarlıq etdi
Full Article 1 minutes read

Rus siyasətçi Türkiyəyə xəbərdarlıq etdi



Rusiya Federasiya Şurası Müdafiə Komitəsi sədrinin müavini Frants Klintseviç Türkiyənin ABŞ-ın siyasətini təqib etməsi halında Yaxın Şərqdəki mövqeyini qorumasının çətin olduğunu bildirib.

Daha əvvəl Türkiyənin Xarici İşlər naziri Mevlud Çavuşoğlu Moskvanın Suriyadakı atəşkəs rejiminin pozulması məsələsində lazımi addımları atmadığını və bunu telefon söhbətində Rusiyanın Xarici işlər naziri Sergey Lavrova çatdırdığını demişdi.

Klintseviç Facebook hesabından etdiyi paylaşımda yazıb: “Türkiyənin ABŞ-ın siyasətini izləməsi halında Yaxın Şərqdəki mövqeyini qorumasının çətin olduğunu bildirmək gərəkdir. Amerikalılar atəşi xaricilərin əlləriylə xırmanlayıb, hadisə işə gəldiyi zaman yalnız öz maraqlarını qoruyurlar, onsuz da, bunu tarix sübut etdi.”

Klintseviç Rusiyanın məqsədinin Suriya prezidenti Əsədin dəstəkləmək olmadığını, əksinə, Suriya xalqının azad seçimi üçün ən əlverişli şərtlərin yaradılması olduğunu qeyd edib.

O, “Rusiya Ankaranın Yaxın Şərqdə öz mənfəətləri olmasını anlayır, lakin Türkiyənin kürdlərlə əlaqələri ayrıca bir problem olaraq görülmür. Bu mövzu yalnız digər Yaxın Şərq problemləriylə birlikdə həll edilə bilər, bunun başında DEAŞ-ı məğlub etmək gəlir ” deyib.

azadliq.info

24saat.org

Mənbə – azadliq.info

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: