Now Reading:
Rüfət Səfərovun hüquqlarını müdafiə komitəsi Britaniyanın Azərbaycandakı səfir əvəzilə görüşüb
Full Article 2 minutes read

Rüfət Səfərovun hüquqlarını müdafiə komitəsi Britaniyanın Azərbaycandakı səfir əvəzilə görüşüb



Bu gün siyasi məhbus Rüfət Səfərovun hüquqlarını müdafiə komitəsinin bir qrup üzvü Böyük Britaniya Krallılğının Azərbaycandakı səfir əvəzi cənab Stiven Makkoqmiklə görüşüb. Bu barədə məlumatı R.Səfərovun Hüquqlarını Müdafiə Komitəsinin mətbuat xidməti yayıb.

Görüşdə iştirak edən vəkili Bəhruz Bayramov müdafiə etdiyi R.Səfərovun qanunsuz , tam əsassız həbsi, formal məhkəmə prosesləri,eləcə də həbsdən sonra cəzaçəkmə yerlərində ona verilən işgəncələrdən danışıb. Vəkil B.Bayramov səfir əvəzinin diqqətini belə vacib bir məqama cəlb edib ki, hakimiyyət sabiq müstəntiq R.Səfərovun təkcə qanunsuz həbsi ilə kifayətlənməmiş, hal-hazırda da bütün vasitələrlə ona təzyiqlər göstərir, ağlasığmaz işgəncələr verir, nəyin bahasına olursa olsun onu sındırmağa çalışır.

Hüquq müdafiəçisi Mətləb Mütəllimli Azərbaycan Respublikasında insan hüquq və azadlıqların acınacaqlı durumu, şərlənərək həbs edilən 170 nəfər siyasi məhbus haqqında məlumat vermiş,şərlənərək həbs edilən insanların və ailələrinin daim təqib olunduğunu diqqətə çatdırıb. Belə bir antidemokratik vəziyyətin yaranmasında beynəlxalq təşkilatların, Azərbaycanda fəaliyyət göstərən xarici ölkə səfirliklərinin passiv mövqeyinin anlaşılmaz olduğunu xüsusi qeyd edib. R.Səfərovun atası Eldar Sabiroğlu oğlunun,eləcə də digər siyasi məhbusların qanunsuz həbsinə biganə qalmadıqlarına görə bütün Avropa ölkələrinin səfirliklərinə minnətdarlığını bildirib, lakin, belə passiv mövqenin yetərli olmadığını vurğulayıb və Azərbaycanda insan hüquqlarının müdafiəsində beynəlxalq təşkilatları, səfirlikləri daha qətiyyətli olmağa çağırıb.

Səfir əvəzi cənab S.Makkoqmik verilən məlumatlara görə R.Səfərovun hüquqlarını müdafiə komitəsinin üzvlərinə təşəkkür edib , bu sahədə hakimiyyətlə birgə görülən müəyyən işlər barədə qısa məlumat verib. Təəssüf hissi ilə qeyd edib ki, görülən işlər, hələ ki, səmərəli nəticələr vermir. Görüşdə səfirliyin siyasi şöbəsinin müdiri cənab Ceymz Holder iştirak edib.

24saat.org

Mənbə – azadliq.info

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: