Now Reading:
Röyanın keçmiş əri bankdan 4 milyonu necə götürüb? – İFADƏSİ ORTAYA ÇIXDI
Full Article 2 minutes read


Əməkdar artist Röyanın keçmiş həyat yoldaşı Anar Cəlilov atası Çingiz Cəlilov barəsində olan cinayət işində ifadə verib.

Lent.az-ın məlumatına görə, Anar Cəlilov ifadəsində qeyd edib ki, heç bir yerdə işləmir: “”Çudo Peçka” MMC əsasən un məmulatlarının istehsalı və satışı ilə məşğul olub. 2012-ci ildə atam yanına çağırıb dedi ki, “Çudo Peçka”nın fəaliyyəti ilə bağlı “Bank Standard”dan mənim adıma 4 milyon 225 min manat kredit götürmək istəyir. Mən də atamla razılaşdım, bundan sonra həmin bankın “MUM” Univermağının yanındakı baş ofisinə getdim. Orada mənə təqdim olunan sənədləri imzaladım. Lakin həmin sənədlərdə nə yazıldığı bilmirdim. Səhv etmirəmsə, adıma götürülən kreditin rəsmiləşdirilməsi üçün tərtib olunan sənədlər idi. Amma kredit üzrə vəsaiti mən götürməmişəm”.

Ç.Cəlilovun digər oğlu Teymur Cəlilov öz ifadəsində qardaşı Anar Cəlilovla eyni məzmunlu ifadə verib.

Qeyd edək ki, ittihama görə, Çingiz Cəlilov və “Bank Standart “ın idarə heyətinin sədri Səlim Kirman cinayət əlaqəsinə girib, 14 milyon manata yaxın məbləği mənimsəyərək öz aralarında bölüblər.

Səlim Kirman və Çingiz Cəlilova Cinayət Məcəlləsinin 179.3.2-cu (külli miqdarda mənimsəmə), 308-ci( vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham verilib.
Səlim Kirman Azərbaycandan qaçdığı üçün barəsində interpol xətti ilə axtarış elan edilib. Çingiz Cəlilov isə həbs edilib.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.