Now Reading:
”Riyad” Mühafizə Xidmətinin əməkdaşlarına hökm oxunub
Full Article 2 minutes read


İş adamı Azadxan Xanməmmədov 4 il müddətinə azadlıqdan məhrum edilib

Binəqədi Rayon Məhkəməsində yanvarın 18-də xuliqanlıqda təqsirləndirilən iş adamı Azadxan Xanməmmədov və “Riyad” Mühafizə Xidmətinin əməkdaşlarının cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Hakim Rəşad Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm elan edilib.

Hökmə əsasən, Azadxan Xanməmmədovla Emin İsgəndərovun hər biri 4 il, Savalan Məhərrəmovla Məzahir Qurbanovun hər biri 3 il müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən digər yeddi şəxs isə 2 il müddətinə islah işləri cəzasına məhkum ediliblər.

Ötən il iyunun 8-də səhər saatlarında “Riyad” Mühafizə Xidmətinin bir neçə əməkdaşı ilə Binəqədi rayonu, Mir Cəlal küçəsi 1 d ünvanında yerləşən “Safastore” mağazasının işçiləri arasında dava düşüb. Nəticədə mühafizə xidmətinin əməkdaşları mağaza işçilərini döyüb.

İlkin məlumata görə, bir müddət əvvəl sahibkar Azadxan Xanməmmədov sözügedən mağazanı 1.5 milyon manata əvvəlki sahibinə satıb. Lakin bu günədək sənədləri rəsmiləşdirməyib. Əvvəlki sahib isə pulu geri qaytarmadan mağazanın boşaldılmasını və geri təhvil verilməsini tələb edib.

Faktla bağlı Cinayət Məcəlləsinin 221.2.1-ci (xuliqanlıq, bir qrup şəxs tərəfindən törədildikdə) və 221.2.2-ci (xuliqanlıq, ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədildikdə) maddələri ilə cinayət işi başlanıb.

2017-ci ilin noyabrında “Riyad” Mühafizə Xidmətinin lisenziyası əlindən alınıb.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.