Now Reading:
Rihanna Nitsadakı konsertini ləğv edib…
Full Article 40 second read

Rihanna Nitsadakı konsertini ləğv edib…

Məşhur müğənni Rihanna Avropa konsert turu çərçivəsində Nitsada verməli olduğu konserti ləğv edib.
 
24SAAT.org
Facebook Qrupu · 1.976 üzv
Qrupa üzv ol
Qrupumuza üzv olun və ən son paylaşımlardan dərhal xəbər tutun!
 

28 yaşlı müğənni konsertini dünən şəhərdə baş vermiş terror hücumuna görə ləğv edib. Hazırda onun komandası şəhərdən çıxmağa çalışır.
Nitsada, həmçinin bu gün başlamalı olan beynəlxalq caz festivalı ləğv edilib.
Xatırladaq ki, iyulun 14-də gecə saatlarında yük maşını sürücüsu Bastiliya qalasının alınması münasibətilə keçirilən atəşfəşanlığa baxmaq üçün Nitsa şəhərinin İngiltərə sahilinə toplaşan insan izdihamın olduğu əraziyə daxil olaraq onların üstündən keçib. Şahidlərin ifadələrinə görə, yük maşını dayanmadan, ziqzaqvari hərəkətlərlərlə daha çox insana xəsarət yetirməyə çalışıb. Yük maşınının təxminən 2 km məsafədə qarşısına çıxanı vurduğu söylənilir. Hücum edən şəxs atəş də açıb. O, polis tərəfindən zərərsizləşdirilib.
Hadisə nəticəsində 84 nəfər həlak olub, onlarla insan yaralanıb.(Report)

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.