Now Reading:
“Reina” qətliamını törədən terrorist İstanbulda sağ olaraq yaxalandı – FOTO – yenilənir
Full Article 1 minutes read

“Reina” qətliamını törədən terrorist İstanbulda sağ olaraq yaxalandı – FOTO – yenilənir

“Reina” qətliamını törədən 39 nəfərin qatili terrorist Abdulkadir Maşaripov yaxalanıb.
Musavat.com Türkiyə televiziyalarına istinadən xəbər verir ki , 1 yanvar 2017-ci il tarixində İstanbulun “Reina” adlı gecə klubunda qətliam həyata keçirən terrorist yaxalanıb. Türkiyəni qana bulayan və 39 can alan özbək əsilli terroristin tutuqlanması bütün Türkiyə televiziyalarının öz yayımını yarıda kəsməsinə, efiri tam olaraq bu mövzuya vermələrinə səbəb olub.
 
Türk mediası yazır ki, terrorist Abdulkadır Maşaripov İstanbulun ucqar rayonlarından olan Esenyurdda azyaşlı oğlu ilə birlikdə sağ olaraq ələ keçirilib. 
 
Onun çoxmərtəbəli evlərdən birində qaldığı bildirilir. Hazırda terrorçunu prosedura uyğun olaraq, tibbi müayinədən keçirdib, daha sonra sorğulayacaqlar. 
 
Əbu Muhammed Xorasani kod adlı bu terroristin sağ olaraq ələ keçirilməsi Türkiyə hüquq mühafizə orqanlarının böyük uğuru sayılır. Çünki bu qanlı terrorçu özü ilə böyük sirləri də gizlədirdi. Ortada çoxsaylı suallar və bilinməsi gərəkən sirlər var. 
 
Türkiyə mediasının xəbərinə görə, terrorist Esenyurdda 4 yaşlı oğlu ilə bir qırğız dostunun evində qalırmış. Terrorçunun həmin evdə tutulduğu bildirilir. Qardaş ölkə mediası xəbər verir ki, əməliyyatı MİT və polis bərabər həyata keçiriblər.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.