Now Reading:
“Recep İvedik 5″də Azərbaycan bayrağı təhqir olundu: AĞZINI-BURNUNU QIRMAĞA GƏLMİŞƏM QARDAŞ – VİDEO
Full Article 50 second read

“Recep İvedik 5″də Azərbaycan bayrağı təhqir olundu: AĞZINI-BURNUNU QIRMAĞA GƏLMİŞƏM QARDAŞ – VİDEO

24saat.org  xəbər verir ki, Şahin Gökbaharın növbəti filminin fraqmenti internetdə yayımlanıb. Fraqmentdən də görünür ki, filmdə idman səhnələri çoxluq təşkil edir. Maraqlı məqam ondan ibarətdir ki, Azərbaycanlı boksçu ilə qarşılaşan Recep İvedik sinəsində bayrağımız olan idmançımızın əvvəl dilini təhqir edir, son isə kinayəli şəkildə “MƏN DƏ SƏNİN AĞZINI-BURNUNU QIRMAĞA GƏLMİŞƏM QARDAŞ” deməsi əslində bunun təsadüfi səhnə olmadığına dəlaət edir.
7news.az olaraq biz bu mövzunun üzərində dayanacaq, filmin yaradıcı heyətinə öz etirazımızı bildirəcəyik. Azərbaycan hər mənada, hər sahədə Türkiyə maraqlarını ciddi şəkildə qoruyur və onu özününkü kimi qəbul edir. Çox təəssüf ki, tək Türkiyədə deyil, bütün dünyada məşhur olan “Receb İvedik” filmində Azərbaycanın bu formada təhqir olunması faktı düşmən dəyirmanına su tökməkdən başqa bir şey deyildir. Bu biabırçılıq dərhal aradan qaldırılmalıdır.
Mövzunu davam etdirəcəyik.


7news.Az

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.