Now Reading:
RATİ Mehman Hüseynovun azadlığa buraxılmasını tələb edir
Full Article 1 minutes read

RATİ Mehman Hüseynovun azadlığa buraxılmasını tələb edir



Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) bloger Mehman Hüseynovun böhtan ittihamı ilə iki il həbs cəzası alması barədə birinci instansiya məhkəmənin qərarının qüvvədə saxlanması ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin bugünkü qərarını pisləyib.

RATİ hesab edir ki, bloger məmurların korrupsiya, qohumbazlıq əməlləri haqda tənqidi reportajlarına görə azadlıdqan məhrum edilib. Odur ki, dərhal və qeyd-şərtsiz azadlığa buraxılmalıdır.
Bakı Apellyasiya Məhkəməsi M.Hüseynovun böhtana görə 2 il azadlıqdan məhrum edilməsi barədə aşağı instansiya məhkəmənin 3 mart tarixli qərarını qüvvədə saxlayıb. Məhkəmə iş üzrə faktlara məhəl qoymayıb və yanvarın 9-da həbsxanada M.Hüseynova qarşı işgəncələrin lazımi qaydada araşdırılmasından imtina edib.
“Məhkəmənin qərarında təəccüblü heç nə yoxdur. Bu, sadəcə, Mehmanla amansız davranışın davamıdır. O 2008-ci ildən RATİ-də Azərbacyan xalqının maraqları naminə çalışır. Hər yerdə korrupsiya faktlarını ifşa edir. Onun saxlanmasının, döyülməsinin, diffamasiya üzrə 2 il azadlıqdan məhrum edilməsinin səbəbi budur”, – RATİ-nin baş direktoru Emin Hüseynov bildirib.
RATİ M.Hüseynovun hüquqlarının pozulmasına görə cavabdeh olan hər kəsin məsuliyyətə cəlb edilməsinə, özünə isə işgəncələrə məruz qalmasına və hüquqlarının pozulmasına görə adekvat kompensasiya verilməsinə çağırır.

24saat.org

Mənbə – azadliq.info

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: