Now Reading:
Ramiz Mehdiyevin Çeçenistana səfərinin məqsədi məlum oldu
Full Article 40 second read

Ramiz Mehdiyevin Çeçenistana səfərinin məqsədi məlum oldu



Xəbər verdiyimiz kimi Azərbaycan prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev mayın 23-də Çeçenistana səfər edib. Onun səfəri barədə məlumatları Çeçenistanın səhiyyə naziri, azərbaycanlı Elxan Süleymanov özünün İnstagram səhifəsində yayıb. Səfərin işgüzar xarakter daşıdığı bildirilir, ancaq məqsədi barədə məlumat verilməmişdi.

Bu gün Çeçenistan hökumətinin mətbuat xidmətindən virtualaz.org-a bildiriblər ki, Ramiz Mehdiyevin başçılıq etdiyi nümayəndə heyəti təhlükəsizlik məsələlərini kurasiya edən yüksək vəzifəli rəsmilərin 7-ci Beynəlxalq görüşündə iştirak etmək üçün Qroznıya gedib.

Xatırladaq ki, Ramiz Mehdiyev həm də Azərbaycanın Təhlükəsizlik Şurasının katibidir. Qroznıdakı tədbiri Rusiya Federasiyasının Təhlükəsizlik Şurası təşkil edib. Çeçenistan hökumətindən bildiriblər ki, tədbir zamanı ekstremizmə və terrorçuluğa qarşı mübarizə, regional və beynəlxalq təhlükəsizliyə təhdid olan miqrasiya problemi, beynəlxalq informasiya təhlükəsizliyinin formalaşdırılması kimi məsələlər müzakirə olunacaq.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: