Now Reading:
“Ramin Yeraz” həbs edildi
Full Article 1 minutes read

Sosial şəbəkələrdə “Ramin Yeraz” adı ilə tanınan ifaçı həbs edilib.



24saat.org Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Nərimanov Rayon Polis İdarəsi 18-ci Polis Bölməsinə müraciət edən zərərçəkən Şirvan şəhər sakini Rəsul Mehdiyev “İnstagram” sosial şəbəkəsində onun videolarını paylaşan “Dublaj.Vine.Baku” adlı səhifənin istifadəçisi ilə tanış olduğunu və onunla görüşən zaman mobil telefonun həmin şəxs tərəfindən oğurlandığını bildirib.

Bölmə əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində həmin səhifənin sahibi Bakı şəhər sakini, əvvələr məhkum olunmuş Ramin İsmayılov saxlanılıb. O, ifadəsində törətdiyi cinayəti etiraf edib.

Qeyd edilən faktla bağlı araşdırmalar davam etdirilir. Polis əməkdaşları dələduzluq etməkdə şübhəli bilinən Ramin İsmayılovun digər analoji cinayətlərdə iştirak etdiyini də istisna etmir. Onun əməllərindən zərərçəkən başqa şəxslər varsa, bu barədə Daxili işlər Nazirliyinin “102” Zəng Mərkəzinə və ya Nərimanov Rayon Polis İdarəsi, eləcə də 18-ci Polis Bölməsinə müraciət edə bilərlər.

Qeyd edək ki, o, özünü “Ramin Yeraz prodakşn”ın sahibi kimi təqdim edir, youtube, instagram, facebook və digər sosial şəbəkələrdə aktivliyi ilə seçilir. Onun sosial şəbəkələrə yüklədiyi mp3 musiqilərinin əvvəlində, ortasında və axırında “Ramin Yeraz prodakşn təqdim edir” cümləsi səslənir.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: