Now Reading:
Ramil Usubov həkimi rəis təyin etdi – FOTO
Full Article 30 second read

Ramil Usubov həkimi rəis təyin etdi – FOTO

 
24SAAT.org
Facebook Qrupu · 1.976 üzv
Qrupa üzv ol
Qrupumuza üzv olun və ən son paylaşımlardan dərhal xəbər tutun!
 

Daxili İşlər Nazirliyində (DİN) kadr təyinatı olub.

24saat.org bakipost.az-a istinadən xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Ramil Usubov Azərbaycan Respublikası DİN-nin Arif Heydərov adına Respublika Hospitalına rəis təyin edilməsi ilə bağlı müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Hospitalın Müalicə işləri üzrə rəis müavini, tibb xidməti polkovnik-leytenantı Babaxanov İsbi sözügedən vəzifəyə təyin olunub.

Məlumat üçün bildirək ki, 1999-cu ildən bu hospitalda çalışır.

Qeyd edək ki, Arif Heydərov adına Respublika Hospitalının rəisi, tibb xidməti polkovniki Ramiz Əkbərov xidmətdə olmanın son yaş həddi ilə əlaqədar bir neçə ay əvvəl təqaüdə göndərilib.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.