Now Reading:
Qüds qədər Qarabağa niyə diqqət yoxdur?
Full Article 2 minutes read


Qərbi Kaspi Universitetinin Tətbiqi Politologiya Mərkəzinin eksperti Hacər Kişiyeva Qüds ətrafındakı son olyaları şərh edib.

Qüds mövzusunun dünyanın ən aktual mövzularından biri olaraq qaldığını vurğulayan ekspert bununla əlaqədar iki mühüm hadisəyə diqqəti çəkib: “Birinci hadisə ərəb dövltələrinin Nazirlər Komitəsinin yaradılması, ikinci hadisə ABŞ-ın İslam Əməkdaşlıq Təşkilatı dövlətlərinin Qüdslə bağlı qərarına BMT Təhlükəsizlik Şurasında veto qoyması oldu.

Maraqlıdır, keçmiş illərdə Qüdsün şərq hissəsini Fələstin dövlətinin ərazisi kimi görən və vaxtilə BMT-də müvafiq qətnaməni dəstəkləyən ABŞ nədən mövqeyini dəyişdi? Aydındır ki, dəyişikliyə səbəb ABŞ prezidenti Donald Trampın Qüdsü tamamən İsraili paytaxtı kimi tanımasıdır. Ancaq başqa səbəblər də var. Birincisi, bu ABŞ-da güclü olan yəhudi lobbisidir, ikinci İsraillə hərbi-siyasi əlaqələrə verilən əhəmiyyətdir.

Ancaq bu yanaşma İslam aləmində, əsasən də Türkiyədə neqativ qarşılanır. Türkiyə Cumhurbaşqanı Rəcəb Təyyub Ərdoğan ABŞ-ın BMT Təhlükəsizlik Şurasında veto hüququndan istifadəni sərt tənqid edib. Ayrıca, Ərdoğan qərar verib ki, Şərq Qüdsü Fələstin paytaxtı kimi tanıyaraq Türkiyə səfirliyini orada açsın. Bunun qarşılığında da Vaşinqton Suriya məsələsində Türkiyə-Rusiya əməkdaşlığına tənqidi yanaşır. Bu ittifaqı özünün regional maraqları üçün təhdid kimi dəyərləndirir. Hətta ABŞ-ın siyasi dairələri Türkiyəni terrorçularla əlaqədə ittiham etməyə başlayıblar.

ABŞ-İsrail ittifaqının da güclənməsi Türkiyənin maraqlarına ziddir. Əgər keçmiş illərdə ABŞ xariuci siyasətində çoxtərəfli oyun qaydaları hökm sürürdüsə, indiki prezidenti Donald Tramp birtərəfli xətt tutub. Donald Trampın dünən elan etdiyi yeni doktrinasında Türkiyənin adının bir dəfə belə hallanmamasının və heç bir müsbıt münasibət qeydə almaması da bu oyunun tərkib hissəsidir. Tramp İran dövlətinin adını isə əminliklə terrorist bir dövlət sözü ilə yan yana qoyaraq bu iki dövlətə qarşı öz münasibətini bildirmiş oldu. Rəcəb Tayyib Ərdoğan dünən gün ərzində Böyük Britaniyanın baş naziri ilə telefonda iki ölkə arasındakı münasibətlərlə yanaşı Qüdsü də gündəliyə gətirdi. Bu o deməkdir ki, Ərdoğan Qüds məsələsində Avropa dövltələri ilə ortaq məxrəc tapmağa çalışır.

Beynəlxalq alən Qüdsü bu qədər müzakirə edərkən, oxşar problem olan Dağlıq Qarabağ münaqişəsinə elə böyük diqqət yoxdur. Çünki, böyük dövlətlər, o cümlədən Rusiya özlərinin maraq dairəsinə aid olan məsələlərlə məşğuldurlar. Dağlıq Qarabağ bu siyahıya aid deyil. Ancaq bölgədə vəziyyət gərginləşəndə böyük dövlətlər Dağlıq Qarabağdan danışmağa başlayırlar”.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.