Now Reading:
Qubernator istefa verdi – Seks-qalmaqalına görə
Full Article 30 second read

Qubernator istefa verdi – Seks-qalmaqalına görə

ABŞ-ın Alabama ştatının qubernatoru Robert Bentli seks-qalmaqalı fonunda istefa verib.
Bu barədə “Associated Press” məlumat yayıb.
“Bəzən uğursuzluğa düçar oldum, amma həmişə xalqın yüksək gözləntilərinə cavab verməyə çalışdım”,- deyə qubernator bildirib.
Onu köməkçisi Key Ayvi əvəz edib.
2015-ci ildə Bentli nikahdan kənar münasibət qurmaqda ittiham olunub. O, vəzifəsindən və seçki öncəsi maliyyələşdirməsindən istifadə edərək qalmaqalın üstünü örtməyə çalışıb. Bundan əlavə qubernatorun 50 il birlikdə yaşadığı xanımı boşanmaq üçün ərizə verib.
2010-cu ildə qubernator seçilən Bentli maaşından imtina etməsi ilə məşhurlaşmışdı.(Qafqazinfo)

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: