24 saat

Quba rayonunda polis kapitanının döyərək ağır xəsarət yetirdiyi 19 yaşlı ananın fəryadı – REAL GÖRÜNTÜLƏR


Quba rayonunun Nügədi kənd sakini Əliyeva Reyhan Musa qızı 24saat.org saytına üz tutaraq 25 May 2016-cı il tarixdə baş vermiş və hələ də hüquqi qiymətini ala bilməyən hadisə barədə danışıb. Şikayətçi bildirib ki, 19 yaşlı qızı ilə 3 il birlikdə yaşayan polis kapitanı Osmanov Murad Atamoğlan oğlu 25 May 2017-cı ildə ondan ayrılaraq atasının evinə qayıdan qızını xüsusi amansızlıqla döyüb. Onun sözlərindən məlum olur ki, hadisədən sonra uzun müddət xəstəxanalarda müalicə olunan 2 uşaq anasının şikayətinə Quba rayon prokurorluğunda baxılmır. R. Əliyeva şikayətə baxılmamasını M. Osmanovun polis kapitanı olması ilə əlaqələndirir.

Xatırladaq ki, müsahibimiz Osmanovun onların evinə basqın etməsinin də görüntülərini bizə təqdim edib.
24saat.org saytı qanundan qorunan hadisənin təfərrüatını təqdim edir:

Zəruri QEYD: Videorolikdə hadisənin baş vermə tarixi yanlışlıqla 25 May 2016-cı il göstərilib. İzləyicilərdən üzr istəyərək bildiririk ki, hadisə 25 May 2017-ci il tarixində baş verib!

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: