24 saat

Quba rayon Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin rəsmisi adam öldürüb


Quba-Rostov yolunun 160-cı kilometrliyində yol-qəza hadisəsi baş verib.

Hadisə yerindən 24saat.org saytına verilən məlumata görə, 25.07.2017-ci il tarixində 17-18 radələrində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Quba rayon Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin rəisi vəzifəsini icra edən Malik Hacıyev (soyadını hələlik dəqiqləşdirə bilməmişik) adlı şəxs idarə etdiyi yaşıl rəngli Mercedes markalı avtomobillə Quba rayon İqrığ kənd sakinini vurub. Əldə etdiyimiz məlumata görə, 41 yaşlı şəxs hadisə yerindəcə keçinib.

Verilən məlumata görə, Malik Hacıyev hadisəni törədən zaman sərxoş olub.

Hadisə yerindən videogörüntüləri təqdim edəcəyik.

24saat.org

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: