Now Reading:
Qonşuları Qazaxıstandan üz çevirdi
Full Article 30 second read

Qonşuları Qazaxıstandan üz çevirdi



Türkmənistan və Özbəkistan Qazaxıstanla sərhədini bağlayıb.

Axar.az xəbər verir ki, bu haqda məlumatı Qazaxıstanın Mangistau vilayətinin Dövlət Departamenti yayıb.

Verilən məlumata görə, buna səbəb Türkmənistan prezidentinin sərhəd rayonlarına baş tutacaq səfəridir.

29 may tarixində baş tutacaq səfər üçün artıq ölkə ərazisində təhlükəsizlik tədbirləri gücləndirilir.

Özbəkistanın öz sərhədlərini bağlamasının səbəbi isə Qazaxıstanla sərhəddə yaşanan avtomobil sıxlığıdır.

Verilən məlumata görə, sözügedən ölkələr arasında sərhəddə yoxlanışdan keçməyi gözləyən çoxsaylı nəqliyyat vasitələri var. Sərhəddəki tıxac problemi həll olunana qədər Qazaxıstanla sərhəd açılmayacaq.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: