Now Reading:
Qobu sakinləri qaza həsrət qalıb
Full Article 2 minutes read

Abşeron rayon, Qobu qəsəbəsinin Yeni yaşayış massivinin sakinləri yaşadıqları ərazinin qazlaşdırılmamasından şikayətçidirlər.



“Bizim Yol” xəbər verir ki sakinlər problemlə bağlı dəfələrlə müvafiq dövlət qurumlarına müraciət ediblər. Müraciətin sürəti redaksiyamıza da göndərilib.

“Abşeron rayonunun Qobu qəsəbəsində müxtəlif vaxtlarda torpaq alaraq həyət ev tikmişik. Bəzilərimiz imkansızlıq üzündən hələ də tikdiyimiz evin ətrafına hasar çəkə bilməmişik. Qobu qəsəbəsi qazla təchiz olunduğu halda bizime vlərin yerləşdiyi Yeni yaşayış massivinin qazlaşdırılması unudulub. Bakının mərkəzindən 20 kilometrlik məsafədə yerləşən evlərimizdə qaz olmadığından qışın soyuğunda taxta-şalban yandırmaqla vəziyyətdən çıxmağa çalışırıq.

Evlərimizin qazla təchiz olunmasının təmin olunması üçün Dövlət Neft Şirkətinə (SOCAR), “Azəriqaz” İstehsalat Birliyinə və Abşeron rayon İcra Hakimiyyətinə etdiyimiz müraciətlərə bir cavab verilir: “Sizin evlərə qaz xəttinin çəkilməsi üçün dövlət büdcəsindən vəsait ayrılmayıb. Qazla təxhizat sakinlərin öz hesabına baş tuta bilər. Müvafiq dövlət proqramında nəzərdə tutulmamış yeni yaşayış sahələrinin və ya güzəştli şərtlərlə fərdi yaşayış evlərinin qazlaşdırılması üçün “Azəriqaz” İstehsalat Birliyinə maliyyə vəsaiti ayrılmır”,-deyə müraciətdə qeyd olunub.
“Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Əkbər Hacıyevin 03 may 2018-ci il tarixində sakinlərə verdiyi cavabda qeyd olunub ki, mövcud qanunvericilikdə müraciətinizə uyğun güzəşt nəzərdə tutulmadığından sakinlərin xahişini yerinə yetirmək mümkün deyil: “Qazlaşdırılmış yaşayış massivlərində hər hansı bir səbəbdən qazlaşdırılmamış fərdi yaşayış evlərinin qazlaşdırılması üçün “Azəriqaz”a maliyyə vəsaiti ayrılmayıb. Qeyd olunan fərdi evlərin vətəndaşların öz vəsaitləri hesabına qazlaşdırılması üçün mülkiyyət hüqununu təsdiq edən sənədlər təqdim edilməklə bu sahədə xüsusi icazəsi (lisenziyası) olan tikinti təşkilatına müraciət edilməlidir”.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: