Now Reading:
Qiyas İbrahimovun həbs müddəti artırıldı, atasına da cəza verildi
Full Article 40 second read


Narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilərək 10 il azadlıqdan məhrum edilən Qiyas İbrahimov və atası Həsən İbrahimovun cinayət işi üzrə məhkəmə başa çatıb.

Lent.az-ın məlumatına görə, Yasamal rayon Məhkəməsində hakim Hüseyn Səfərovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hakimlər kollegiyasının hökmünə əsasən, Həsən İbrahimov aylıq qazancından 20 faiz tutulmaqla, 1 il 6 ay islah işlərinə məhkum edilib. Qiyasın 10 illik cəzası isə daha 3 ay artırılıb.

Qeyd edək ki, Qiyas İbrahimov haqqında 10 illik hökmdən şikayətə baxan və onu qüvvədə saxlayan Bakı Apellyasiya Məhkəməsinin hakimləri Vüqar Məmmədov, Əmir Bayramov və Əflatun Qasımova hörmətsizlikdə suçlanır. Ata və oğul İbrahimovlara CM-nin 289-cu (məhkəməyə hörmətsizlik) maddəsi ilə ittiham verilib.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.