Now Reading:
Qazaxıstanda “Putin İttifaqı”nın iclası keçirilir
Full Article 2 minutes read

Qazaxıstanda “Putin İttifaqı”nın iclası keçirilir



Qazaxıstanın paytaxtı Astana şəhərində Avrasiya İttifaqının iclası öz işinə başlayıb.

ANS PRESS-in məlumatına görə, iclası giriş sözü ilə Qazaxıstan prezidenti Nursultan Nazarbəyov açıb.

“Sizi Astanada görməkdən şadam. Bu gün Avrasiya İqtisadi İttifaqının gələcəyi ilə bağlı məsələlər müzakirə olunacaq. Hər şeydən əvvəl, sizi İttifaqın yaradılması barədə müqavilənin imzalanmasının ikinci ildönümü münasibəti ilə təbrik edirəm. İttifaqın ilk üzvüləri Rusiya, Qazaxıstan və Belarus oldu.

Daha sonra Ermənistan və Qırğızıstan iqtisadi birliyinin təkibini genişləndirdi. Avrasiya İttifaqı genişlənir. Bu gün ittifaqın gələcəyi ilə bağlı 14 məsələni müzakirə edəcəyir”,- deyə Nazarbayev prezidentlər qarşısında çıxışı zamanı bildirib.

İclas zamanı ittifaqa inteqrasiyanın sürətləndirilməsi, qaz, neft və neft məhsullarının ümumi bazarlarının formalaşması ilə bağlı məsələlər müzakirə olunacaq. Toplantıda bir sıra sənədlərin imzalanacağı gözlənilir.

İclasda Qazaxıstan prezidenti ilə yanaşı Ermənistan prezidenti Serj Sarkisyan, Belarus prezidenti Aleksandr Lukaşenko, Qırğızstan prezidenti Almazbek Atambayev və Rusiya prezidenti Vladimir Putin iştirak edir.

Artıq Qazaxıstan prezidenti Nursultan Nazarbayev Belarus prezidenti Aleksandr Lukaşenko və Vladimir Putin arasında ayrı-ayrılıqda görüş baş tutub. Həmçinin Qazaxıstan mətbuatı Rusiya və Ermənistan prezidentlərinin görüşəcəyi barədə məlumat yayıb.

Xatırladaq ki, 29 may 2014-cü il tarixində Belarus, Qazaxıstan və Rusiya tərəfindən imzalanmış müqavilə ilə qurulan Avrasiya İqtisadi İttifaqına (Aİİ) daxil olan ölkələr bir-birinin xarici ticarətlə bağlı qərarlarını koordinasiya edə bilirlər. Müəyyən müddətdən sonra isə ölkələr arasında ticarət və gömrük rüsumları sıfıra etdirilir, yəni iqtisadi baxımdan müəyyən faydaları var. Ermənistan da Avrasiya İqtisadi Birliyi ilə 9 oktyabr 2014-cü ildə təşkilata üzvlük barədə müqavilə imzalayıb.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.