Now Reading:
“Qarabağ uğrunda irimiqyaslı müharibənin baş vermə ehtimalı aşağıdır”
Full Article 40 second read

“Qarabağ uğrunda irimiqyaslı müharibənin baş vermə ehtimalı aşağıdır”

 
24SAAT.org
Facebook Qrupu · 1.976 üzv
Qrupa üzv ol
Qrupumuza üzv olun və ən son paylaşımlardan dərhal xəbər tutun!
 

Sülhəddin Əkbər: “Rusiya Qarabağ probleminin öz planına uyğun şəkildə həllini istəyir”

Azad Demokratlar Partiyasının sədri, politoloq Sülhəddin Əkbər 24saat.org-a açıqlamasında Azərbaycan-Ermənistan təmas xəttində yaranan vəziyyəti şərh edib. İndiki halda Qarabağ uğrunda irimiqyaslı müharibə ehtimalının aşağı səviyyədə olduğunu vurğulayan S.Əkbər, bunun əksini iddia edənlərin qənəatini bölüşmədiyini qeyd etdi:

“Mən Qarabağ uğrunda irimiqyaslı, regional hərbi qarşıdurmanın baş verəcəyini düşünmürəm. İndiki halda bu ehtimal olduqca zəifdir. Ola bilsin ki, tərəflər arasında lokal toqquşmalar olsun, lakin böyük, ciddi qarşıdurmaların baş verəcəyini düşünmürəm.
Bu gün probemin həllində təşəbbüsü öz üzərinə götürən Rusiya problemin daha çox öz planına uyğun şəkildə həllinə çalışır. Bu plan isə 5 rayonun Azərbaycana qaytarılması, bölgəyə sülhməramlı qüvvələrin yeridilməsidir. Belə bir plana sahib olan Rusiya üçün müharibə arzuedilməzdir”.

Seymur Əliyev

24saat.org

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.