Now Reading:
Qarabağ əlili naziri daxmasına qonaq çağırdı – FOTOLAR
Full Article 2 minutes read


“Ailəmlə elə acınacaqlı şəraitdə yaşayırıq ki, bəlkə də Azərbaycan Respublikasında ikinci belə yarasız şəraitsiz və təklükıli vəziyyətdə olan ev yoxdur. Mənim ailəmin yaşadığı yerə ev yox, daha doğrusu, qamışdan düzəldilmiş tövlə demək olar. Yağışda-qarda yaşadığımız daxmanı su basır. Yayda istidən yaşamaq olmur”

Bunu 24saat.org-a Ucar rayonu Qaracallı kənd sakini 2-ci qrup Qarabağ müharibəsi əlili Qasımov Şöhrət Mülkədar oğlu bildirir.

O yazır ki, Qarabağın azadlığı uğrunda gedən döyüşlərdə ağır yaralanıb sağ ayağımı itirib 2-ci qrup əlil olmuşam. Mən bununla fəxr edirəm. Qarabağ əlillərinin və şəhid ailələrinin sosial rifahı yaxşılaşdıllması üçün dövlət büdcəsi vəsaiti hesabına mənzillərlə, avtomobillə, sosial müavinətlə təmin edilirlər.

Biz də 2009-cu il tarixdən ev növbəsindəyik. Ancaq mənim mənzil növbəmin yerini qnunsuz olaraq rüşvət alıb dəyişdirib geri yazıblar. Mənim növbəmin yerini başqa şəxsə pul alıb yazıb ona ev inşa ediblər. Bunu edən vəzifəli şəxsin maddi maraqlarına görə bu gün mənim ailəm çıxılmaz acınacaqlı bir vəziyyətdə yaşayır.

Qarabağ əlliləri və şəhid ailələri üçün dövlət vəsaiti hesabına mənzil tikilməsi proqramı Respublikamızda həyata keçirilir. Həmçinin yeni proqrama əsasən şəhid ailələri və qarabağ əlilləri üçün mənzillər onların yaşadığları ərazidə tikilməsi nəzərdə tutulur ki, bu təqdirəlayiq haldır. Buna görə də istəyirik ki, bizim ailəyə də rayonun mərkəzindən 22 km aralıda yerləşən hazırda yaşadığımız Qaracallı kəndində mənzil tikilib verilsin. İki azyaşlı məktəbli uşaqlarım rahat yaşasın rahat şəkildə dərslərini oxuyub cəmiyyətimizə layiqli vətəndaş olsunlar. Qarabağ müharibəsi əlilinin yaşadığı evi gəlib gözləri ilə görən olsa, dəhşətə gələcək.Mənim ev növbəmin yerin i dəyişdirib satan vəzifəli şəxs mütləq cinayət məsuliyyətinə cəlb edilməlidir ki, daxmada ağır şəraitdə yaşayan azyaşlı uşaqlara qarşı bir vəhşilik edib”.

Şİkayətçi sonda Prezident cənab İlham Əliyevdən, Mehriban xanım Əliyevadan və Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri cənab Sahil Babayevdən xahiş edir: “Ev növbəmi qanunsuz olaraq yerini dəyişdirib geriyə yazan vəzifəli şəxslərin barəsində qanuna müvafiq tədbirlər görülməsinə tapşırıq verməyinizi, darısqal, acınacaqlı şəraitdə yaşayan ailəmizə öz kəndimizdə dövlət büdcəsi vəsaiti hesabına mənzil inşa edilib istifadəmizə verilməsinə köməklik göstərməyinizi xahiçş edirəm. Nazir cənab Sahil Babayevdən çox-çox xahiş edirəm Ucar rayonunun Qaracallı kəndinə mənim daxmama qonaq gəlib yazdıqlarımı gözü ilə görsün”.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.