Now Reading:
Qəzzada çox sayda ölən və mindən artıq yaralı var – VİDEO
Full Article 50 second read

İsrail ordusu ilə fələstinlilər arasında toqquşma baş verdi



14:45

Qəzza sektorunun inzibati sərhədində fələstinlilərin “Geriqaytarma marşı” və Qüdsdə ABŞ səfirliyinin açılmasına qarşı etiraz aksiyaları keçirilirHazırda Qəzza bölgəsinin İsraillə inzibati sərhəd ərazisində, təqribən, 10 min fələstinli toplaşıb.

Bəzi nümayişçilər hətta sərhəd maneələrini aşmağa çalışıb.

Qeyd olunur ki, iki nəfər ölüb, azı 28 nəfər yaralanıb.

***

15:35

ABŞ-ın İsraildəki səfirliyinin Qüdsə köçürülməsinə qarşı etiraz edən fələstinlilərlə İsrail ordusu arasında baş verən toqquşmalarda 500-dən çox fələstinli yaralanıb, 16 nəfər ölüb.

Bu barədə Qəzza Səhiyyə Nazirliyinin məlumatında deyilir.

Məlumata görə, onlarla fələstinli güllə yarası alıb. Ümumilikdə isə, bu gün yaralananların sayı 512 nəfər olub.

***

16.42.

İsrail ordusu ilə toqquşmada ölən fələstinlilərin sayı 37 nəfərə çatıb.

Türkiyənin NTV televiziyasıın məlumatına görə, qarşıdurma zamanı 1700 nəfər yaralanıb.

 

***

18.00

İsrail ordusu ilə toqquşmada ölən fələstinlilərin sayı 49 nəfərə çatıb.

 

 

Report

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: